Könül Həmidova's profile

Re branding #clothingbrand

Re. geyim brendini sizə təqdim edirik. Biz bu brenddə, köhnə geyimlərə yenidən dizayn edərək ikinci bir həyat veririk. Pəncəkləri ,koftaları, şalvarları yəni köhnə paltarları yeniləyir və dəbə gətiririk. 
Hər bir paltarın rəngini və dizaynını dəyişdirmək üçün müxtəlif texnologiyaları istifadə edirik. Paltarları boyayaraq, Xlorox ağardıcı mehsulu ilə təzə bir görünüş yaratmağa nail oluruq. Həmçinin, paltarların üzərinə rəsmlər çəkərək və ya posterlər dizayn edib geyimlərin üzərinə çap edərək unikal bir görünüş əldə edirik. 
Ləkəli paltarlar üçün də bir çözümümüz var. Ləkəli paltarların üzərinə posterlər, boyalar və Xlorox ilə yeni bir dizayn tətbiq edirik. Bu sayədə, ləkələr gizlənir və ləkəli paltarlar geyilmək üçün təzə bir hala sahib olur. Bizim kollektivimizdə qrafik dizaynerlər, rəssamlar və dərzilər kimi peşəkarlar var ki, bu müxtəlif yaradıcı təcrübələrini brendimiz üçün bir araya gətirir.
Re. kimi bir brend, köhnə geyimləri yenidən dizayn etmək və onlara yeni bir həyat vermək üçün əla bir imkan təqdim edir. Bizim əsas məqsədimiz müştərilərimizə unikal və zövqlü geyim təklif etməkdir. Sizi brendimizin dünyasına dəvət edirik !
Re branding #clothingbrand
Published:

Owner

Re branding #clothingbrand

Published: